• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müharibəyə daha bir addım: Kreml NATO sərhədində təyyarə bazası yaradır

  • Dünya
  • 11 Avqust 2014 18:30
  • 570 Baxış
Müharibəyə daha bir addım: Kreml NATO sərhədində təyyarə bazası yaradır

Rusiyanın Hərbi Hava Qüvvələri strateji muttəfiqi Belarusun Brest vilayətində təyyarə bazası yaradacaq.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin baş komandanı Viktor Bondaryev bildirib.

“Brest vilayətində təyyarə bazası yaradırıq. Bunun üçün hər şey var. Yalnız Rusiya-Belarus hökumətlərarası razılaşmanın nəticələrini gözləyirik. Bundan sonra tam həcmdə işlərə başlayacağıq”, - V.Bondaryev qeyd edib.

O, əlavə edib ki, təyyarə bazasında “Su-27” qırıcıları yerləşdiriləcək.

Xatırladaq ki, bir müddət əvvəl “Belarus xəbərləri” nəşri Kremlin Belarusu NATO ilə mümkün hərbi qarşıdurma üçün meydana çevirmək istədiyini bildirmişdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR