"Ərdoğan 2-ci Putin ola bilər"
Bizi izləyin

Dünya

"Ərdoğan 2-ci Putin ola bilər"

"Parlamentdə deyil, ilk dəfə xalqın birbaşa səsverməsi ilə ölkə prezidenti seçilən Ərdogan 2003-cü ildən bəri baş nazir olduğu vaxtda milyonlarla adam kasıblıqdan azad olub".

Publika.az-ın məlumatına görə, bu haqda Times qəzeti yazıb.

"Pulsuz səhiyyə xidməti təklif edən yeni xəstəxanalar tikilib. 2010-cu ildə iqtisadi artım hətta 9 faizə çatmışdı. Ərdogan ordunu yerinə oturtdu, birinci dövlət xadimi oldu ki, kürd azlığı ilə danışıqlar apardı", - deyə qəzet əlavə edib.

Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə ərəb dünyası üçün modelə çevrilir.

Times qəzeti vurğulayır ki, "Ancaq narahatlıq keçmişlə yox, gələcəklə bağlıdır. Ərdogan hansı istiqamətdə gedəcək? O, birbaşa seçki ilə seçildiyinə görə, hakimiyyət səlahiyyətlərini genişləndirməyə başlayacaq. Ərdoganın getdikcə avtoritarlaşan davranışı əminliyə təminat vermir".

Qəzet yazır ki, Ərdogan putinizmə yuvarlana bilər: "Ərdogan Putinsayağı prezidentə çevrilə bilər. İkinci Putinsiz də Yaxın Şərqin problemləri başından aşır. Dünyaya da ikinci Putin lazım deyil. Bir çoxlarının fikrincə, dünyada bir Putin də artıq çoxdur".


Azadlıq Radiosu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm