• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiya Suriyaya silah sata bilmədi

  • Dünya
  • 11 Avqust 2014 20:02
  • 433 Baxış
Rusiya Suriyaya silah sata bilmədi

Sanksiyalar səbəbindən Rusiya Suriyaya satmağa hazırlaşdığı S-300 raketlərini ünvanına çatdıra bilməyib.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Federal Hərbi-Texnoloji Əməkdaşlıq Xidmətinin direktor müavini Konstantin Biryulin bildirib.

Onun sözlərinə görə, alternativ müştəri tapa bilməyən Moskva həmin silahları məhv etməyi planlaşdırır.

Bu yöndə Suriya ilə bağlanan razılaşmanın pozulmasını siyasi qərar adlandıran Biryulin sözügedən silahların üçüncü ölkələrə satışının mümkün olmadığını bildirib. O, bunu silahların hər sifarişçi ölkənin özünə uyğun hazırlanması ilə izah edib.

Qeyd edək ki, Suriya lideri Bəşər Əsəd xarici hərbi müdaxilə ehtimalının gündəmə gəldiyi 2013-cü ilin iyunundan Rusiyadan Raketdən Müdafiə Sistemləri aldıqlarını iddia etmişdi. Suriya böhranının siyasi yollarla həllini dəstəklədiyini bildirən Rusiya prezidenti Vladimir Putin isə Suriyaya S-300 silahlarının satılmadığını bəyan etmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR