• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

50 min nəfər döyüşür (FOTO)

  • Dünya
  • 11 Avqust 2014 20:33
  • 400 Baxış
50 min nəfər döyüşür (FOTO)

"Bu gün Ukraynada 50 min döyüşçü Anti terror əməliyatlarında iştirak edir”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Ukraynanın baş naziri Arseni Yatsenyuk terrorçuluğa qarşı əməliyyatlar zamanı yaralanan döyüşçülərlə görüşündə bildirib.

Baş nazir yaralıların müalicə aldığı Kiyevdə hərbi-tibb klinik mərkəzinə baş çəkib.

"Bu gün artıq terrorçuluğa qarşı əməliyyatda iştirak edənlərin sayı təxminən 50 min döyüşçüdür. Minlərlə yaralananlar var. Çox ailələr başsız qalıb", - deyə Yatsenyuk bildirib.

Hökumət başçısı xatırladıb ki, iki ay əvvəl Nazirlər Kabineti Anti terror əməliyatlarının gedişatında həlak olanların ailələrinin evlə təminatı haqqında qərar qəbul edib.

Xatırladaq ki, Donetskdə terrorçuluğa qarşı əməliyyatların keçirilməsi zamanı 568 Ukrayna hərbi qulluqçusu həlak olub, 2120 nəfər yaralanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR