
ABŞ prezidenti Barak Obama beynəlxalq humanitar yardım
haqqında ukraynalı həmkarı Pyotr Poroşenkonun təşəbbüsünü
dəstəkləyib.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Ağ
Ev lideri bu barədə Ukrayna prezidenti ilə telefon söhbətində
bildirib.
Bundan əvvəl isə Avropa Komissiyasının prezidenti Joze Manuel
Barrozu Ukrayna prezidentinin humanitar missiya barədə təşəbbüsünü
dəstəkləyib. Borrozu bildirib ki, humanitar missiya beynəlxalq
hüquqa uyğun olaraq həyata keçirilməlidir.
Bu gün isə Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov
ölkəsinin Kiyev və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Ukraynanın
şərqinə humanitar yardımın göstərilməsi barədə razılaşdığını
söyləyib. “Ümid edirəm ki, humanitar aksiya yaxın vaxtlarda
Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında keçiriləcək.
Biz Ukrayna rəhbərliyi ilə bütün detalları razılaşdırmışıq. Ümid
edirəm ki, Qərb partnyorları buna maneə olmayacaqlar”, - Lavrov
deyib.
Ömər Dağlı