Poroşenko Obama ilə razılığa gəldi
Bizi izləyin

Dünya

Poroşenko Obama ilə razılığa gəldi

Ukrayna prezidenti Pyotr Poroşenko ilə amerikalı həmkarı Barak Obama 4-5 sentyabrda Uelsdə keçiriləcək NATO sammitində görüşmək üçün razılığa gəliblər.

Axar.az xəbər verir ki, sözügedən razılaşma prezidentlər arasında baş tutan telefon danışığı zamanı əldə olunub.

Dövlət başçıları həmçinin, Ukraynanın şərqində həyata keçirilən anti-terror əməliyyatını da müzakirə ediblər. Obama Beynəlxalq Qırmızı Xaç Komissiyasının bayrağı altında Avropa Birliyi, Rusiya, Almaniya və digər dövlətlərin Luqanska humanitar yardımını dəstəklədiyini bildirib.

Prezident eyni zamanda bildirib ki, ABŞ beynəlxalq humanitar yardım aksiyasında iştirak etmək niyyətindədir.

Poroşenko da ABŞ Konqresinin Ukraynanın təhlükəsizliyi ilə bağlı akta görə, Amerika hökumətinə təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm