“Üsamə bin Laden” ABŞ sərhədini iki dəfə maneəsiz keçib
Bizi izləyin

Dünya

“Üsamə bin Laden” ABŞ sərhədini iki dəfə maneəsiz keçib

Amerikalı jurnalist şəxsi təcrübəsində ölkə sərhədlərinin təhlükəsizliyini yoxlamağa qərar verib.

Publika.az-ın “The Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, Okif Ceyms bunun üçün “Əl-Qaidə”nin mərhum lideri Üsamə bin Ladenin geyimi və maskasından istifadə edərək Meksika ilə dövlət sərhədini iki dəfə maneəsiz keçməyə nail olub.

Amerika nəşrin yazdığına görə, jurnalist prezident Barak Obamanın “sərhədlər heç vaxt olmadığı qədər möhkəm müdafiə olunur” bəyanatını yoxlamaq istəyib.

“Bu iddia həqiqətə tamamilə uyğun deyil. Prezident Obama həqiqəti inkar etməyə çalışır. Biz sübut etdik ki, sərhədlər təhlükəsiz deyil. Biz sübut etdik ki, president Amerikanı yanıldıb”, - O.Ceyms bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm