“Əhməd Davudoğlunun baş nazir olmasına qərar verildi, amma ..."
Bizi izləyin

Dünya

“Əhməd Davudoğlunun baş nazir olmasına qərar verildi, amma ..."

"Mənim aldığım xəbərlər Əhməd Davudoğlunun baş nazir olacağı barədədir. Lakin bu vəziyyət Abdullah Gül kimi əhəmiyyətli bir şəxsin açıqlamalarının fərqli bir nəticə doğurmayacağı anlamına gəlmir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Habertürk” qəzetinin yazarı Hihal Karaca baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra onun postuna mümkün namizədlərlə bağlı səslənən iddiaları şərh edərkən deyib.

Qeyd edək ki, AKP-də Rəcəb Tayyib Ərdoğandan sonra baş nazirlik vəzifəsi üçün Bülənt Arınç, Əli Babacan, Binəli Yıldırım, Mehmet Əli Şahin və Əhməd Davudoğlunun adları keçir. Ən şanslının isə Ərdoğanın üstünlük verdiyi Binəli Yıldırım olduğu bildirilir.

AKP kulislərində iddia edilir ki, Abdullah Gül aktiv siyasətə qayıdarsa üstünlük məhz ona veriləcək. A. Gül isə bu verdiyi açıqlamasında siyasətə qayıdacağını bildirib. Lakin baş nazir millət vəkili də olmalıdır. A.Gül parlamentə seçilərsə AKP başqanı və baş nazir ola bilər.

Bunun üçün isə vaxtından əvvəl parlament seçkilərinə getmək lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm