İŞİD yenə hücum etdi
Bizi izləyin

Dünya

İŞİD yenə hücum etdi

ABŞ-ın İŞİD-in mövqelərinə endirdiyi hava zərbələrinə baxmayaraq terrorçu qruplaşma daha bir qəsəbəni ələ keçirib.

ANS PRESS-in məlumatına görə, İraqın Diyala bölgəsinin Celavla qəsəbəsinə hücum edən İŞİD üzvləri buranı demək olar ki, müqavimətsiz ələ keçiriblər. Belə ki, qəsəbəni qoruyan peşmərgə ağır silahlarının olmamasını bəhanə edərək geri çəkilib.

Kürd silahlıları qəsəbədən geri çəkildiyini taktiki gedişlə əlaqələndirməyə çalışsalar da xeyli itki verdikləri məlum olub.

Belə ki, İŞİD-in qəsəbənin içində kamikadze vasitəsi ilə həyata keçirdiyi terror aktında 25 peşmərgə ölüb. Daha 9 nəfər isə əsir götürülərək öldürüldüyü bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm