Türkiyənin yeni Baş naziri kim olacaq? - Atalaydan açıqlama
Bizi izləyin

Dünya

Türkiyənin yeni Baş naziri kim olacaq? - Atalaydan açıqlama

Abdullah bəy partiyamıza güc qatar”.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin köməkçisi Bəşir Atalay TRT telekanalına canlı müsahibəsi zamanı bildirib. Onun sözlərinə görə, Abdullah Gül partiyaya yeni güc qatacaq:

“Abdullah bəy təbii ki, partiyamıza gələcək. O, partiyamıza zənginlik, güc qatacaq”.

Baş nazir müavini Atalay sözlərinə onu da əlavə edib ki, partiya qrupunda Gülün yeri danılmazdır:

“Həm cəmiyyətdə, həm partiyamızda, təşkilatımızın formalaşmasında və partiya qrupumuzda Abdullah bəyin bir əvəzsiz yeri var. Onun partiyaya qayıtmasından daha təbii nə ola bilər?”

Atalay Prezident Abdullah Gülün bugünkü açıqlamasına münasibət bildirərkən deyib ki, Gül partiyada ikinci şəxsdir:

“Abdullah Gül bu hərakatın təməl dirəklərindən biridir. Birinci ad Tayyib bəy, ikinci ad isə Abdullah bəydir”.

Onun sözlərinə görə, Gülün partiyaya gəlməməsi böyük bir səhv olardı:

“Abdullah bəyin prezidentlik dövrü bitir. Belə bir şəraitdə onun partiyaya gəlməməsi səhv olar. Bura onun partiyasıdır”.

Onu da bildirək ki, prezident seçkisindən sonra hər kəsi maraqlandıran “Baş nazir kim olacaq?” sualına cavab verməkdə çətinlik çəkən Atalay hələ partiyada bu barədə müzakirələrin getmədiyini bildirib:

“Xalqımız ilk dəfə özünə prezident seçdi. Biz bu bayramı qeyd etməliyik. Bu müdhiş bir müvəffəqiyyətdir”.

Seçki nəticələrindəki səs nisbətinin müxalifətə hər şeyi izah etdiyini deyən Atalay nəticələr elan olunduqdan sonra müxalifətdə böyük təlaşın yaşandığını bildirib.

Atalay seçkilərdən sonra hökumətin yenidən qurulacağını bildirib. Onun sözlərinə görə, islahatlar son dərəcə dəqiq yerinə yetiriləcək:

“Biz bu işləri çox nizamlı icra edən bir partiyayıq. Bütün vətəndaşlar və təşkilatımızın hər bir üzvü bundan əmin olsun. AKP keçmişdə Özal və Dəmirəl ilə qiymətləndirilirdisə, bundan sonra belə olmayacaq”.

Atalay dolayısı ilə Baş nazirin Gül olma ehtimalına cavab verərək partiya daxilində qaldırılan məsələnin yekdilliklə hamı tərəfindən təsdiq olunduğunu dilə gətidi:

“Danışmalı heç bir şey qalmayıb. Ən zidd mövzuları soyuqqanlıqla müzakirə edib yekdil qərar çıxarırıq. Bu səbəbdən də orada bir qərar verildiyində artıq hamımız o qərarın ətrafında köklənirik. Yaxşı müşavirə edirik, çox açıq şəkildə müzakirələr aparılır. Danışırıq, qərar verilir və sonra hər birimiz o qərarın icrası ilə məşğul oluruq”.

Baş nazir seçiminə toxunan Atalay ətraflı qiymətləndirilmə edəcəklərini bildirdi:

“Baş nazir seçimlərində fövqəladə müşavirə təyin olunacaq. Hər kəsin razı olduğu bir adı məclisə çıxaracağıq. Düşünürəm ki, hər şey partiyamızın istədiyi kimi olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm