Pan Gi Mundan Ərdoğana tərif
Bizi izləyin

Dünya

Pan Gi Mundan Ərdoğana tərif

BMT baş katibi Pan Gi Mun avqustun 10-da Türkiyədə keçirilən prezident seçkisini qazanan Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

ANS PRESS-in məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun yazdığı məktubda Türkiyə xalqının səsvermə yolu ilə prezident seçməsini tarixi bir hadisə və təqdirəlayiq bir hal kimi qiymətləndirib.

BMT Baş katibi sözçüsünün müavini Farhan Haq verdiyi açıqlamada, Pan Gi Munun Ərdoğana göndərdiyi məktubda Türkiyədəki seçkini təriflədiyini bildirib.

Haq həmçinin onu qeyd edib ki, BMT baş katibinin ölkəsində ilk dəfə xalq səsverməsi yolu ilə prezident seçilən Rəcəb Tayyib Ərdoğana yazdığı fərəhləndirici təbrik məktubu tez bir zamanda ona göndəriləcək.

Qeyd edək ki, Türkiyə Ali Seçki Komissiyasının (YSK) açıladığı son məlumata əsasən, seçicilərin 51,79 faizi Rəcəb Tayyib Ərdoğana səs verib. Prezidentliyə digər namizədlər - Ekmələddin İhsanoğlu 38,44, Selahattin Demirtaş isə 9,76 faiz səs toplayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm