"Human Rights Watch” Misirə buraxılmadı
Bizi izləyin

Dünya

"Human Rights Watch” Misirə buraxılmadı

ABŞ-da qərargahlanan "Human Rights Watch" təşkilatının nümayəndlərinin keçən il təhlükəsizlik qüvvələrinin qətlləri ilə bağlı mühüm hesabatını açıqlamasından öncə Misirə girişinə icazə verilməyib.

Publika.az-ın "Amerikanın Səsi"nə istinadən məlumatına görə, təşkilatın icraçı direktoru Kennet Ros və Yaxın Şərq şöbəsiin direktoru Sara Li Uitson Misir rəsmilərinin onları gecə Qahirə hava limanında saxladıqdan sonra təhlükəsizlik səbəbləri ilə əlaqədar onların ölkəyə daxil olmasına icazə verməyiblər. Kennet Roth deyib ki, belə görünür, Misir hökuməti pozuntularla bağlı reallıqla qarşılaşmaq və günahkarları məsuliyyətə cəlb etmək niyyətində deyil.

ABŞ Dövlət Departamentinin sözçüsü Meri Harf Birləşmiş Ştatların təşkilatın nümayəndələrinin Misirə daxil olmasına icazə verilməməsinə görə narazılığını bildirib. O, ABŞ-ın Misir hökumətini nümayişçilərin qəttləri ilə bağlı şəffaf təhqiqat aparılmasına təşviq etdiyini deyib.

İnsan hüquqları müdafiəçiləri Misirə prezident Məhəmməd Mursinin ordu tərəfindən hakimiyyətdən salınmasına etiraz olaraq 1150 nümayişçinin qətli ilə nəticələnmiş nümayişlərin ildönümü ilə bağlı hesabatı açıqlamaq üçün səfər edirdi.

Misir hökuməti nümayişçilərin ictimai asayişə təhlükə yaratdığını, "Human Rights Watch" təşkilatı isə polis və ordunun ardıcıl şəkildə odlu silahdan atəş açdığını bildirib.

VOA / Amerikanın Səsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm