Baş nazir vəzifəsindən kənarlaşdırıldı
Bizi izləyin

Dünya

Baş nazir vəzifəsindən kənarlaşdırıldı

İraqda siyasi vəziyyət gərginləşib.

Publika.az-ın məlumatına görə, ölkənin baş naziri Nuri əl-Maliki vəzifəsindən kənarlaşdırılıb. Onun əvəzinə isə, Şiə cəmiyyətinin əsas siyasi birliyi - Milli İttifaq partiyasından Heydər əl-Əbədi bu vəzifəyə təyin olunub. İraq rəhbəriyi ölkədə yeni hökumətin qurulması üçün Heydər əl-Əbədiyə tapşırıqlar verib. Əl-Malikinin bu istiqamətdə gördüyü işlər isə uğursuz alınmışdı. Maliki prezident Fuad Məsumun bu addımını qanunsuz hesab edib. İraq rəhbərliyinin siyasi seçimi Amerika Birləşmiş Ştatları hökuməti tərəfindən də müsbət qarşılanıb.

“İraq konstitusiyasına əsasən, bu addım İraqda cəmiyyətin bütün üzvlərini nəzərə almaqla yeni hökumətin formalaşdırılması istiqamətində atılan vacib bir addımdır. Bu gün Vitse-prezident Co Bayden və mən cənab İbadini zəng edərək təbrik etdik və mümkün qədər qısa vaxt ərzində yeni hökuməti formalaşdırmağa çağırdıq. Bu günlərdə İraq çətin tarixi mərhələ yaşayır. Biz İŞİD silahlılarına qarşı mübarizədə İraq hökuməti ilə tərəfdaşlıq etməyə hazırıq” - deyə Obama qeyd edib.

Maliki tərəfdarları rəhbərliyin sabiq baş nazirə qarşı təzyiqlərinə etiraz edib.

Özlərini İraq Şam İslam Dövləti elan edən radikal dini qruplaşmanın törətdiyi zorakılıqlardan qaçan minlərlə yezidi Kürd muxtar regionunda özlərinə sığınacaq tapıb. Qaçqınlar, əsasən, Dohuk şəhəri ətrafında düşərgələrdə məskunlaşıblar. Bir qədər əvvəl Amerika Hərbi Qüvvələrinin Sincar dağlarında İŞİD-in mövqelərinə endirdiyi aviazərbələr, eyni zamanda, Suriya kürdlərinin müdafiə tədbirləri yezidilərin irəliləyə bilməsinə imkan yaratmışdı. Məlumata görə, indiyə qədər 20 minə yaxın yezidi hələ də Sincar dağlarında mühasirədə qalıb.

Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm