Qəzzada atəşkəs pozulmayıb
Bizi izləyin

Dünya

Qəzzada atəşkəs pozulmayıb

Fələstinin Qəzza zolağında ötən gün elan olunan atəşkəs rejimi hələ ki, pozulmayıb.

Publika.az-ın məluatına görə, ötən gün İsrail hökuməti ilə Həmas hərəkatı arasında 72 saatlıq atəşkəsə dair razılıq əldə olunmuşdu. Bir aydan çoxdur ki, aviazərbələrdən əziyyət çəkən Qəzza xalqı evlərinə qayıdıb. Qəzza şəhərinin müxtəlif bölgələrində mağazalar yenidən fəaliyyətə başlayıb. Ərzaq tədarükü görməyə çalışan insanlar mağazalara axın ediblər.

Ötən gün Ərəb Liqası ölkələri Qəzzadakı vəziyyəti müzakirə ediblər. Misirin paytaxtı Qahirədə baş tutan iclasda İsrailin Qəzzaya hücumu şiddətlə tənqid olunub. Liqanın baş katibi Nəbil Ələrəbi qeyd edib ki, İsrailin indiyə qədər sülh danışıqlarından oyuncaq kimi istifadə etməsi qəbuledilməzdir.

“İlkin növbədə İsrailin işğal etdiyi ərazilərdən çıxması əsas məqsəd olmalı və 1967-ci il sərhədləri bərpa olunmaqla Fələstin dövləti yaradılmalıdır” - deyə baş katib qeyd edib.

Bir qədər əvvəl raket zərbəsi zamanı yaralanan 4 fələstinli müalicə üçün Türkiyənin paytaxtı Ankaraya gətirilib. Türkiyə hökuməti Qəzzada mühasirədə qalan insanları təxliyə etmək üçün humanitar korridorun yaradılmasına dair İsrail ilə Misir arasında razılıq əldə etməyə çalışır.

Qeyd edək ki, qarşıdurmada indiyə qədər 1900-dən çox fələstinli, 67 israilli öldürülüb. Birləşmiş Millətlər Təşkilatı (BMT) rəsmiləri bu barədə məruzə səsləndiriblər.

Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm