21 milyon "Ərdoğan" dedi
Bizi izləyin

Dünya

21 milyon "Ərdoğan" dedi

Türkiyənin mərkəzi seçki komissiyası (YSK) prezident seçkisinin qəti olmayan nəticələrini açıqlayıb. 21 milyon 260 səs alan Ərdoğan, 51,79 fazilə 12-ci prezidenti oldu. İhsanoğlu yüzdə 38.56, Demirtaş yüzdə 9.78 fazi səs aldı. Seçkidə 74.12 fazi seçici iştirak edib.

Yüksək Seçki Şurası (YSK), prezident seçkisi ilə əlaqədar müvəqqəti nəticələri açıqlayıb. Prezident Namizədi və Baş nazir Rəcəb Tayyib Ərdoğan 51,79 faziz seçki nisbətiylə Türkiyənin xalq tərəfindən seçilən ilk prezident olub. ANS PRESS-in məlumatına görə, Ekmələddin İhsanoğlu 38,56 fazi səs ilə ikinci, Səlahəddin Dəmirtaş 9,78 faiz ilə sonuncu yerdə qərar alıb. Qəti nəticələr 15 avqustda açıqlanacaq.

Ərdoğan ölkə içi 20 milyon 670 min 920, xarici sandıqlarda 143 min 922, gömrük qapılarında isə 185 min 418 səs alaraq Türkiyə daxilində cəmi 21 milyon 260 səs toplayıb. Ərdoğanın səs nisbəti yüzdə 51,79 fazi olub.

İhsanoğlu ölkə içi 15 milyon 433 min 609, xarici 64 min 495, gömrük qapılarında 89 min 28 olmaqla Türkiyə daxilində 15 milyon 587 min 132 səs alıb. İhsanoğlunun səs nisbəti 38,44 faiz olaraq reallaşıb. Səlahəddin Dəmirtaş isə ölkə daxilində 3 milyon 914 min 832, yurd xaricində 22 min 580, gömrük qapılarında 21 min 98 səs aldı. Ümumi seçici sayı 3 milyon 958 min 510 olan Demirtaşın səs nisbəti 9,76 olaraq hesablanıb.

52 milyon 894 min 115 seçicilərin 40 milyon 753 min 657-si səs istifadə edərkən, seçkidə fəallıq ölkə daxilində 77,5, ölkə xaricində 8,32, ümumiyyətlə isə 74,12 faiz olaraq reallaşıb. Cari səs sayı 40 milyon 19 min 361 olduğu halda, 734 min 296 səs etibarsız sayılıb.

İstanbulda 7 milyon 264 min 371 seçici səs istifadə edərkən, 2 milyon 718 min 759 adam seçki hüququndan istifadə etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm