• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ukrayna ordusunda qiyam: ”Bizi qurbanlıq qoyun kimi sallaqxanaya aparırlar”

  • Dünya
  • 12 Avqust 2014 10:33
  • 730 Baxış
Ukrayna ordusunda qiyam: ”Bizi qurbanlıq qoyun kimi sallaqxanaya aparırlar”

Ukrayna ordusunun 24-cü briqadası dünən Zaporojye şəhərində etiraz aksiyası keçiriblər.

Publika.az “novorus.info” saytına istinadən xəbər verir ki, əsgərlər onlara əmr verən yüksək rütbəli hərbçilərə etibar etmədiklərini bildiriblər: “Getmişik ön cəbhəyə, deyirlər, ancaq müşahidə et. Müşahidə edə-edə 200 adam itirdik. 72, 79 və 24-cü briqadaları eyni cərgəyə düzməyi kim əmr edib? Eyni zamanda hər 3 briqada atəş altına düşdü.

Mətbuat xəbər verirdi ki, mühasirədən çıxmışıq, bizə guya dəhliz açılıb. Amma həmin vaxt odun-alovun içində idik. Bizi sallaqxanaya gətirilmiş heyvan kimi qırırdılar. Həmin vaxt isə TV-lərdə Zaporojyedə guya istirahət etdiyimiz haqda reportaj verirdilər.

56 gün döyüşdə olmuşuq. 10 günlük istirahət düşür. İndi də texnika boşaltmağa gətiriblər. Biz insani rəftar istəyirik”.

Hərbçilərin etirazı hadisə yerinə general-mayor Sergey Nayev gələndən sonra səngiyib. Hazırda əsgərlər istirahət üçün evlərinə yollanıblar.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR