Yerevan Rusiyaya açılan yeganə qapısını da itirir
Bizi izləyin

Dünya

Yerevan Rusiyaya açılan yeganə qapısını da itirir

Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars sərhəd-keçid məntəqəsində 10 saata yaxındır ki, fövqəladə vəziyyət hökm sürür.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, sərhədi keçmək istəyən avtomobillərin 10 kilometrə yaxın növbəsi yaranıb.

Sərhəddə gözləyən ermənilər bunun səbəbini bilmədiklərini və onlara məlumat verilmədiyini deyir.

Qeyd edək ki, Yuxarı Lars Ermənistanı Rusiya ilə bağlayan yeganə sərhəd-keçid məntəqəsidir. Ermənistanı Rusiya ilə bağlayan Abxaziya dəmir yolu isə illərdir ki, bağlıdır. Yerevan dəmir yolunun fəaliyyətinin bərpa edilməsi üçün Tiflis və Moskva ilə danışıqlar aparsa da, Gürcüstan və Rusiya arasındakı gərgin münasibətlər buna mane olur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm