Kılıçdaroğlunun istefa tələbi ilə ölüm orucuna başladı
Bizi izləyin

Dünya

Kılıçdaroğlunun istefa tələbi ilə ölüm orucuna başladı

CHP lideri Kamal Kılıçdaroğlu və komandasının istefa verməsini istəyən bir CHP-çi partiyasının İstanbul qərargahının qarşısında ölüm orucuna başlayıb.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, dünən günorta saatlarında CHP-nin İstanbul qərargahına gələn Oğuzxan adlı bir gənc prezident seçkisində CHP və MHP-nin vahid namizədi olan Ekmeleddin İhsanoğlunu tənqid edib. Oğuzxan ölüm orucunun tutmasını belə əsaslandırıb: “Vahid namizədin məğlubiyyətindən sonra bəhanələr istehsal edib istefa verməyən Kılıçdaroğlu və komandasına qarşı ölüm orucuna başladığımı elan edirəm. CHP funksionerləri şərəfli bir şəkildə istefa verənə və bu partiya xalqın partiyası olana qədər bu aksiyamı qətiyyətlə davam etdirəcəyəm”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm