Kreml Gömrük Şurasına üzvlük üçün 500 milyon dollar ödəyəcək
Bizi izləyin

Dünya

Kreml Gömrük Şurasına üzvlük üçün 500 milyon dollar ödəyəcək

Qırğızıstan bu ilin sonuna kimi Gömrük Şurasına qoşulmaq niyyətindədir.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinlə Soçidə keçirdiyi görüşdə Qırğızıstan prezidenti Almazbek Atambaev bildirib.

Qırğızıstanın Gömrük Şurasına qoşulması qarşılığında isə Rusiya qırğız iqtisadiyyatına 500 milyon dollar ayıracaq.

İki lider energetika layihələrini və Qırğızıstanın postsovet məkanındakı inteqrasiya layihələrində iştirakı məsələlərini müzakirə edib. Prezidentlərin görüşündən sonra açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov da 500 milyon dolların qırğız iqtisadiyyatına dəstək kimi Rusiyanın töhfəsi olduğunu qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm