Yezidi qadınlar İŞİD-in əlinə keçməmək üçün intihar edir
Bizi izləyin

Dünya

Yezidi qadınlar İŞİD-in əlinə keçməmək üçün intihar edir

Diyarbəkir Vəkillər Kollegiyasının sədri Tahir Elçi yezidi qadınların İŞİD-in hücumlarına və təcavüzünə məruz qalmamaq üçün özləri ilə bıçaq gəzdirdiklərini deyib.

Publika.az “Cümhuriyyət.com.tr”yə istinadən xəbər verir ki, İŞİD-in Sincar bölgəsində yezidi kürdlərə qarşı qətliamlarından sonra bölgəyə gedən Diyarbəkir Vəkillər Kollegiyasının sədri Tahir Elçi Diyarbəkirdə mətbuat konfransı təşkil edib. Elçi deyib: “Yezidi kürdlər bu qətliamdan böyük itkilər verir. Yezidi kürdlərin yox olmaq təhlükəsi var. On minlərlə insan ölmüş ola bilər. Hələlik ortada konkret nəticə yoxdur”.

Dərman və tibbi yardımların ən böyük problem olduğunu vurğulayan Elçi bildirib: “İnsanlar günlərlə dağlar aşır, Ac və susuz qalırlar. Yaxınlarını itirirlər. Çox böyük vəhşət yaranıb. Kürd qadınları dağlarda həyat mübarizəsi verməkdədir. Bu vəhşi qruplaşmanın hücumlarından qorunmaq üçün onlar özləri ilə bıçaq gəzdirirlər”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm