19 yaşlı narkoman öldü
Bizi izləyin

Dünya

19 yaşlı narkoman öldü

Narkotik aludəçisi olan 19 yaşlı gənc dünyasını dəyişdi. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Bursada Beyazıt məhəlləsində baş verib. Hadisə yerinə gələn polis əməkdaşlarına 19 yaşlı Furqan Karatanın anası ifadə verib. Dəniz Y. oğlunun ətrafında çoxlu narkoman dostlarının olduğunu etiraf etsə də, bildirib ki, F.Karata üç ay idi ki, narkotikdən uzaqlaşıb müalicə olunurdu.

Hadisədən bir neçə saat əvvəl F.Karatanın dostları “toy var, gəl gedək, əylənək” deyə onu evdən çağırıblar. Lakin sonradan məlum olub ki, əslində, toy olmayıb, sadəcə, onu evdən toy adı ilə çağırıb aparıblar. Odur ki, Dəniz Y.oğlunun naməlum şəxslər tərəfindən öldürüldüyünü iddia edir.

Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm