Türkiyə XİN-i “sentyabrda sərhədlər açılacaq” deyənlərə cavab verdi – ÖZƏL
Bizi izləyin

Dünya

Türkiyə XİN-i “sentyabrda sərhədlər açılacaq” deyənlərə cavab verdi – ÖZƏL

"Türkiyə ilə Ermənistan arasında yerləşən “Alican” sərhəd-keçid məntəqəsinin açılacağı barədə bir sıra media orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Publika.az-a açıqlamasında bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Tanju Bilgiç Türkiyə və Ermənistan sərhədində yerləşən “Alican” sərhəd-keçid məntəqəsinin yaxın vaxtlarda açılacağı barədə səslənən iddiaları şərh edərkən deyib.

Türkiyə-Ermənistan sərhədlərinin 1993-cü ildə bağlandığını xatırladan T.Bilgiç bunun səbəbini də dilə gətirib: “Azərbaycan torpaqları işğal edildiyi üçün Türkiyə Ermənistanla sərhədləri bağlayıb. Sərhədlərin açılması isə yalnız və yalnız Ermənistanın işğala son qoymasından sonra mümkün ola bilər. Ermənistan həmçinin qonşu dövlətlərlə problemlərini həll etməlidir”.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin “Taraf” qəzeti baş nazir Rəcəb Tayyib Ərdoğanın “Alican” sərhəd qapısının açılması üçün təlimat verdiyini bildirmişdi. Məlumata görə, “Alican” sərhəd qapısına qədər olan 7 kilometr yol asfaltlanaraq hazır vəziyyətə gətirilib. Həmçinin gömrük cihazlarının quraşdırılması işinin tamamlanmaq üzrə olduğu deyilir.

“Alican” sərhəd qapısının açılması tələbini ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2009-cu ildə Ankara səfərində dilə gətirmişdi.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm