Terrorçuluqda günahlandırılan fələstinlilərin evi uçurulacaq
Bizi izləyin

Dünya

Terrorçuluqda günahlandırılan fələstinlilərin evi uçurulacaq

Üç israilli yeniyetməni oğurlayıb qətlə yetirməkdə şübhəli bilinən fələstinlilərin evi uçurulacaq.

Publika.az İsrail mətbuatına istinadən xəbər verir ki, istintaq Gilad Şaer, Naftali Frenkel, Eyal İfrax adlı yeniyetmələrin qətlində Hüsamə əl Hüsamə, Mayana əl Hüsamə və Amara Əbu Aişənin suçlu olduğunu sübut edib.

İsrail ərazisində terror törətmiş şəxslərin evlərinin uçurulması praktikası, çoxdandır ki, var.

Bu səbəbdən Hüsamə əl Hüsamənin evi tam uçurulacaq.
Qalan iki fələstinlinin mənzilləri yaşayış binalarında yerləşdiyindən uçurulma qismən olacaq. Yəni onların yalnız mənzilləri yerlə-yeksan ediləcək.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm