Türkiyənin yeni “first lady”si - FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyənin yeni “first lady”si - FOTOLAR

Avqustun 10-da Türkiyə prezidenti ilk dəfə xalqın birbaşa səsi ilə seçildi. Seçkilərdə qələbə qazanan Rəcəb Tayyib Ərdoğan Türkiyənin 12-ci prezidenti oldu. Beləliklə də, Ərdoğanın xanımı Əminə Ərdoğan da Çankayanın yeni birinci xanımı (“first lady”) olacaq.

Publika.az ən azından növbəti beş ildə Türkiyənin “first lady”si Əminə Ərdoğanın həyat hekayəsi və həyatında baş vermiş vacib məqamları sizlərə təqdim edir.

21 fevral 1955-ci ildə İstanbulda doğulan Əminə Ərdoğanın (Gülbaran) ailəsi Sirt kökənlidir. Ailəsinin 5 övladının ən kiçiyi və evin tək qızı olan Əminə Ərdoğan 1966-cı ildə Zeynəb Kamil adına ibtidai sinif məktəbini bitirir. Daha sonra isə Əminə xanım Mithatpaşa qız orta məktəbinin ardınca Mithatpaşa gecə sənət məktəbinə gedir, sonra isə məktəbdən öz istəyi ilə ayrılır.

Şule Yüksel Şenlerlə necə tanış olmasını sonralar Əminə Ərdoğan öz xatirələrində "həyatının dönüş nöqtəsi” kimi təqdim edir. Bu tanışlıqdan sonra İdealist Qadınlar Dərnəyinin fəaliyyətini izləməyə başlayan Əminə Ərdoğan 1977-ci ildə keçirilən bir konfransda indiki həyat yoldaşı olan Rəcəb Tayyib Ərdoğanla tanış olur.

1978-ci ildə 23 yaşlı Əminə xanım Rəcəb Tayyib Ərdoğanla ailə həyatı qurur və bu evlilikdən 4 övlad dünyaya gəlir.

Əminə Ərdoğan həyat yoldaşı Rəcəb Tayyib Ərdoğanın siyasi fəaliyyəti dövründə də hər zaman yanında olur. Çox da gözə çarpmayan, ancaq arxa planda həyat yoldaşına dəstək verən Əminə Ərdoğan ərinin baş nazir olmasından sonra onu xarici səfərlərdə və seçki mitinqlərində müşayiət edir.

Bundan əlavə, Əminə Ərdoğan baş nazirin xanımı kimi bir çox yardım kampaniyalarına da başçılıq edir.

Əminə xanım xüsusilə də insani və humanitar yardım fəaliyyəti ilə də diqqət mərkəzində olub. Pakistanda və Myanmadakı müsəlman əhaliyə Türkiyənin yardım karvanına da şəxsən özü nəzarət edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm