İngilis qırıcıları İŞİD-i vurmaq üçün havaya qalxdı
Bizi izləyin

Dünya

İngilis qırıcıları İŞİD-i vurmaq üçün havaya qalxdı

ABŞ-ın İŞİD yaraqlılarına qarşı keçirdiyi hərbi əməliyyatlara dəstək vermək üçün İngiltərə qırıcıları İraqa gedib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, “The Times” qəzeti İngiltərə kral ailəsinə məxsus olan “Tornado” qırıcılarının kəşfiyyat məqsədi ilə İraqa uçduğunu yazıb. “Qırıcılar Müharibəyə Hazırdır” başlıqlı xəbərdə həmçinin İngiltərənin kürdləri silahlandıracağı da iddia edilib.

“Daily Mail” qəzeti isə bu cür böhrana rəğmən, İngiltərə baş naziri Devid Kameronun istirahətini yarımçıq qoyub, parlamenti fövqəladə toplantıya çağırmadığını yazıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm