Qaçırılan türklər azadlıqda – RƏSMİ
Bizi izləyin

Dünya

Qaçırılan türklər azadlıqda – RƏSMİ

“İyunda Liviyada qaçırılmış üç türk vətəndaşı xilas olunaraq Türkiyə Konsulluğuna təhvil verilib”.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəsmi “Tvitter” hesabında elan edib. Davudoğlu qeyd edib: “İyunun 24-də qaçırılan Nazim Süpürgəçi, Əmrah Baxçaçı, Nəcib Fazil Coşqun adlı üç vətəndaşımız Trablus hava limanında saxlanılırdı. Dünən onlar Trablusa 90 kilometr uzaqlıqda yerləşən Tarxuna şəhərinə gətirilərək azad ediliblər. Az əvvəl Xümsdəki baş konsulluğumuz vətəndaşlarımızı təhvil alıb. Üç şəxsin heç birinin səhhətində problem yoxdur”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm