.jpg)
"Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir
Putinə inamını birdəfəlik itirib".
Publika.az-ın məlumatına görə, bu haqda "Financial Times" qəzeti
yazıb.
Rəsmilərin dediyinə görə, buna səbəb Putinin dalbadal Merkelə yalan
danışmağı olub. Rusiyanın Ukrayna işlərinə cəlb olunmağı və
separatçılara dəstək verib-verməməyi barədə Putinlə Merkel
telefonla 30 dəfədən çox danışıblar.
Müəllif Quentin Peel yazır ki, Merkel üçün etimad, inam çox
vacibdir.
Putin Sovet dövründə Almaniya Demokratik Respublikasında KQB agenti
olub. O əmin idi ki, Almaniyanı və onun indiki kansleri Merkeli
yaxşı anlayır. Ancaq Putin Ukrayna məsələsində Merkelin
davranışığını əvvəlcədən düzgün hesablaya bilmədi.
Hərçənd Merkel Rusiyaya aydın şəkildə göstərir ki, Putin ya
Ukraynaya güzəştə getməlidir, ya da sanskiyalarla üzləşməlidir.
Almaniyada son rəy sorğusuna görə almanların 37 faizi Almaniyanın
beynəlxalq böhranların həllində daha çox rol oynamasını, 60 faiz
isə az rol oynamasını istəyir.
Putin başa düşür ki, Almaniya Ukraynanın müdafiəsi üçün qoşun
yeritməyəcək. Ancaq bu o demək deyil ki, Almaniya heç nə
etməyəcək.
Azadlıq Radiosu