Vatikandan İŞİD açıqlaması: Atatürkün son qoyduğu ...
Bizi izləyin

Dünya

Vatikandan İŞİD açıqlaması: Atatürkün son qoyduğu ...

Vatikan “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının İraqın şimalında yezidilərə qarşı hücumlarını və xristianların yaşadıqları ərazidən qovulmasını şərh edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Vatikanın Dinlərarası Dialoq üzrə Şurasının rəhbəri, kardinal Jan-Lui Tauranın adından yayılan açıqlamada dünyadakı bütün dinlərin nümayəndələrindən bu barbarlığın pislənilməsi istənilib.

“Bütün dünya müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün 29 Oktyabr 1923-cü ildə son qoyduğu xəlifəliyin yenidən dirçəldilməsini heyrətlə izləyir”, -açıqlamada deyilir.

Əsrlərdir, müsəlmanlar və xristianların birlikdə yaşamaq mədəniyyətinə sahib olduğunu vurğulayan Tauran xüsusilə son illərdə iki din arasında əlaqələrin dərinləşdiyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm