Ukrayna ordusu həlledici hücuma başlayır
Bizi izləyin

Dünya

Ukrayna ordusu həlledici hücuma başlayır

Ukrayna antiterror gücləri separatçıların nəzarətində olan Donetsk, Luqansk, Qorlovka və İlovaysk şəhərlərinə hücuma hazırlaşır.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko brifinqdə bildirib.

Onun sözlərinə görə, Qorlovka rayonu ərazisində keçirilən müvəffəqiyyətli əməliyyatlardan sonra Donetsk separatçılarının əsas qüvvələrini digər qüvvələrdən ayırmaq mümkün olub.

Xatırladaq ki. Ukraynanın şərqində antiterror əməliyyatları aprel ayının ortalarından başlayıb. Bu müddət ərzində separatçıların ələ keçirdiyi ərazinin təxminən 80 faizi geri qaytarılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm