Putin iddialıdır: Kreml postsovet məkanında tapmadığını Afrikada axtarır
Bizi izləyin

Dünya

Putin iddialıdır: Kreml postsovet məkanında tapmadığını Afrikada axtarır

Rusiya dövlət başçısı Vladimir Putin bu gün Soçi şəhərində Misir prezidenti Abdülfəttah Əl-Sisi ilə görüşüb.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə İraq, Suriya və Qəzza daxil olmaqla Yaxın Şərq problemləri, həmçinin ikitərəfli münasibətlər müzakirə olunub.

Putin prezident seçildikdən sonra ilk səfərini Rusiyaya etdiyi üçün Sisiyə təşəkkür edib. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdən sonra danışan Putin hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi mövzusunda razılaşdıqlarını söyləyib.

Putin Rusiya, Belarus və Qazaxıstanın daxil olduğu Gömrük Şurası ilə Misir arasında sərbəst ticarət bölgəsi yaradılması ilə bağlı işlərin görüləşəyini deyib. Rusiya prezidenti Misirin Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını 30 faiz artırmaq istədiyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm