Donbas ətrafında qanlı döyüşlər
Bizi izləyin

Dünya

Donbas ətrafında qanlı döyüşlər

Ukraynanın Donbas vilayətinin müxtəlif şəhər və qəsəbələrində qanlı döyüşlər gedir.

Axar.az xəbər verir ki, Ukrayna ordusunun əsgərləri hazırda Donbas şəhərinin 35 kilometrliyindəki İlovayski məntəqəsi uğrunda son döyüşlərə başlayıblar. Bu məntəqə özünün strateji əhəmiyyəti ilə seçilir. Bələ ki, İlovayskinin alınması Makeyevkaya, daha sonra isə çoxdan arzulanan Donbas şəhərinin separatçılardan təmizlənməsinə yol açacaq.

Qeyd olunur ki, sözügedən məntəqə son bir neçə gündə terrorçularla ukraynalı hərbçilərin üz-üzə gəldiyi, qanlı döyüşlərin getdiyi bir məkana çevrilib. Müəyyən üstünlüklər əldə olunsa da, separatçılar tarazlığı bərpa edərək öz mövqelərini geri alıblar. Bundan başqa, Luqansk vilayətinin Luç və Misunsk şəhərlərində də eyni vəziyyətdir, qarşıdurmalar davam edir. Ağır silahlardan, toplardan və artilleriya qurğularından istifadə edən hər iki tərəfin itkilərinin eyni olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm