Litva Rusiyanı hədələdi: "Kalininqradı mühasirəyə alarıq!"
Bizi izləyin

Dünya

Litva Rusiyanı hədələdi: "Kalininqradı mühasirəyə alarıq!"

Litva hökuməti ölkə daxilində ərzaq məhsulları ilə bağlı yaranmış problemlərə görə Rusiyanın ünvanına hədələr yağdırıb.

Axar.az xəbər verir ki, rəsmi Vilnüsun bu cür mövqe tutmasına səbəb Rusiyanın xarici ərzaq məhsullarına tətbiq etdiyi sanksiyalardır. Qeyd olunur ki, bu qadağalardan sonra Rusiya ərazisinə ət, ət məhsulları, eləcə də bəzi digər ərzaqlar ixrac edən litvalı fermerlər gərgin duruma düşüblər. Buna cavab olaraq Litva öz ərazisindən Rusiyadan Kalininqrada ixrac olunan məhsulların qarşısının alınması üçün əməli işlərə start verib.

Bu yöndə ölkə parlamentinin kənd təsərrüfatı məsələlərinin həllində yaxından iştirak edən müvafiq komitəsinin iclasında Litva Kənd Təsərrüfatı naziri Virginya Baltraytene bəyanat yayıb. Parlamentin mühafizəkar üzvü Kazis Starkyaviçus da oxşar mövqe sərgiləyərək Kalininqradın hədəf seçilməsini düzgün qərar adlandırıb.

Xatırldaq ki, Qərbin sanksiyalarına cavab olaraq Kreml Rusiya ərazisinə xaricdən ərzaq məhsullarının gətirilməsinə qadağa qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm