Separatçıların meyit biznesi
Bizi izləyin

Dünya

Separatçıların meyit biznesi

Donbas terrorçuları həlak olan ukraynalı əsgərlərin meyitləri üçün pul tələb edirlər.

Publika.azGazeta.ua”-ya istinadən xəbər verir ki, bu haqda Ukrayna Milli Qvardiyasının komandanı Stepan Poltarak danışıb:

“Hazırda antiterror əməliyyatlarının keçirildiyi ərazilərdə milli qvardiyanın 5 min əsgəri xidmət çəkir. Onlar çətin şəraitdə öz qarşılarına qoyulan vəzifəni yerinə yetirirlər.

Əlbəttə ki, itkilərimiz də olur. Təəccüblü olsa da, separatçılar həlak olanların meyitləri üçün pul tələb edirlər”.

Komandanın sözlərinə görə, separatçılar hər bir meyit üçün 17-70 min dollar arası pul tələb edirlər:

“Beynəlxalq qanunlara görə hərbçilərin meyitləri təhvil verilməlidir. Görünən odur ki, biz adi separatçılarla yox, həm də şərəfini itirmiş alçaqlarla vuruşuruq”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm