
ABŞ vətəndaşı bıçaqla öz valideynlərini, 2 oğlunu və itini öldürdüyü barədə etiraf ərizəsi yazıb.
ANS PRESS-in məlumatına görə, şübhəlinin sözlərinə görə, ailəsini
öldürməsi onun öz seçimi olub.
Qeyd edək ki, səs-küylü cinayət Kaliforniyanın Qoleta şəhərində baş
verib. Polis 46 yaşlı Nikolas Xolserin evində valideynlərinin, 10
və 13 yaşlı uşaqlarının cəsədini aşkarlayıb. Tezliklə Xolser
saxlanılıb və dindirilib.
Xolser yeddi il ərzində valideynlərinin evində yaşayıb. Bu vaxt
ərzində hüquq müdafiəçilərinin nəzərini cəlb edəcək hansısa bir
insident barədə polisə müraciət olunmayıb. Cinayətkar bu günə kimi
məhkum olunmayıb.