Türkiyə şirkətlərinə Rusiya cek-potu
Bizi izləyin

Dünya

Türkiyə şirkətlərinə Rusiya cek-potu

AB və ABŞ tərəfində Rusiyaya tətbiq edilən embarqo nəticəsində Türkiyə şirkətlərinə tələbat artıb.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) sədri Böyükekşi məsələ ilə əlaqədar “Röyters”ə açıqlamasında bunları deyib: “ABŞ və Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi embarqolar nəticəsində Türkiyə şirkətlərinə tələbat artıb. Bu çərçivədə gələn həftə Rusiyadan bir heyət gəlməsi gözlənilir.

Rusiyanın tələbinin Türkiyədən qarşılanmadığı üçün İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq edirik.

Rusiyada qida ixracında lazımi icazə və prosedurların asanlaşdırılması üçün işlər görməyi planlaşdırırıq”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm