Erməni politoloq: “Putinin “qanlı lakeyi” sifariş gözləyir”
Bizi izləyin

Dünya

Erməni politoloq: “Putinin “qanlı lakeyi” sifariş gözləyir”

“Kreml Ermənistan hakimiyyətinə tapşıracaq ki, “çürüyən Qərbə” qarşı Rusiyanı dəstəkləsin”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyanın Moskva qarşısında yaltaq siyasətini şərh edən erməni politoloq Qraçya Qalustyan deyib.


Onun sözlərinə görə, iyulun 14-də Rusiya Federasiyası hökuməti bəzi xarici ölkələrin istehsalı olan avtomobillərin dövlət və bələdiyyələr tərəfindən alınmasına qadağa qoyub: “Qərbin sanksiyalarına cavab olaraq Rusiyada Avropa və ABŞ istehsalı olan avtomobillərin alınmasını qadağan etdilər. Beləliklə, Rusiyada lokallaşdırılmış avtomobil modelləri qadağa altına düşə bilər. Bunun nəticəsində Rusiya məmurları Koreya, Çin və Rusiya istehsalı olan avtomobillərə üstünlük verəcək. Bu, şəxsi arzu ilə deyil, məcburi şəkildə olacaq. Çünki sifariş “yuxarıdan” gəlib, Rusiyada heç kəs buna müqavimət göstərməyi bacarmır”.

Politoloq bu prosesin fonunda Ermənistan üçün narahatlığını dilə gətirir. Qeyd edir ki, Rusiya məmurları kimi, Ermənistan prezidenti də Putinin istəklərinə qarşı dura bilmir.

“Əgər Kremldən sifariş gəlsə ki, Ermənistan da “çürüyən Qərbə” qarşı eyni addımları atsın, o zaman nə baş verəcək? Varlılar, deputatlar, eləcə də oliqarxlar, hətta Serj Sərkisyanın özü üçün narahat olmamaq mümkün deyil. Sərkisyan Nazarbayev, yaxud Lukaşenko deyil. O, heç vaxt Putinin arzularına qarşı çıxmağa cürət etməz. Xatırlatmaq lazımdır ki, Belarus və Qazaxıstan Ukrayna mallarının alınması ilə bağlı Rusiyanın mövqeyini dəstəkləmədilər”, - deyə o bildirib.

Erməni politoloq Sərkisyanın Putin üçün “lakey” olduğunu bildirib:

“Ermənistan Rusiyanın müttəfiqi səviyyəsində deyil. Sadəcə olaraq, lakeydir. Sərkisyan “qanlı lakey” kimi Putinin əmrlərini gözləyir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm