İsrailin müdafiə naziri: ”Bilmək olmaz, müharibə başa çatıb, ya yox”
Bizi izləyin

Dünya

İsrailin müdafiə naziri: ”Bilmək olmaz, müharibə başa çatıb, ya yox”

İsrailin müdafiə naziri Moşe Yalon hərbi hava qüvvələrinin Aşdod şəhərindəki bazasına gedib.

Publika.az İsrail mətbuatına istinadən xəbər verir ki, hərbçilərlə görüşən nazir əməliyyatların hələ bitmədiyindən danışıb.

O deyib ki, HƏMAS-la 72 saatlıq atəşkəs rejiminin vaxtı avqustun 14-də tamamlanır. Misirdə atəşkəsin birdəfəlik əldə edilməsi barədə HƏMAS-la danışıqların necə yekunlaşacağı isə hələ bilinmir.

Atəşkəs bitən kimi HƏMAS dərhal İsrail ərazilərini raket atəşinə tuta bilər.

Nazir bildirib ki, belə olan halda, Qəzzaya yenidən hava zərbələri endiriləcək.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm