Qondarma respublikalarda kütləvi səfərbərlik elan edildi
Bizi izləyin

Dünya

Qondarma respublikalarda kütləvi səfərbərlik elan edildi

Separatçılar kontrol etdikləri ərazilərdən hərbi xidmət yaşında olan kişiləri çıxmağa qoymurlar.

Publika.az “İnterfaks-Ukrana”ya istinadən xəbər verir ki, bu haqda Milli İnformasiya-Analitik Mərkəzinin spikeri Andrey Lısenko danışıb:

“Qondarma Luqansk Xalq Respublikasında səfərbərlik elan edilib. 16 yaşdan 60 yaşa kimi olan kişilərə ərazini tərk etmək yasaqlanıb. Proqnozlaşdırmaq olar ki, qondarma Donetsk Xalq Respublikasında da bu cür səfərbərlik elan olunacaq”.

Lısenko həmçinin separatçıların adam oğurluğu ilə məşğul olmağından danışaraq bildirib ki, terrorçular Makayevka kəndində 34 vətəndaşı girov saxlayırlar. Onların azadlığı üçün böyük məbləğdə pul istənilir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm