Nurçularla bağlı gizli raport
Bizi izləyin

Dünya

Nurçularla bağlı gizli raport

Türkiyədə Gülən “fenomeni” ətarfında baş verən qalmaqal səngimək bilmir.

Teleqraf.com xəbər verir ki, Türkiyə mediasında "Gülən camaatı" ilə bağlı raport dərc olunub.

Milli Təhlükəsizlik Nazirliyinin Kəşfiyyat bölümü "Paralel Dövlət Qurulması (PDY) Fəthullah Gülən Təşkilatı" başlığı altında hazırlanan hesabatda təəccüb doğuran faktlar var.

Camaata yaxın saytlardan olan “Rotahaber”də nəşr edilən hesabatda Fəthullah Gülən təşkilatın lideri kimi göstərilir.

Hesabatda qeyd olunur ki, "Gülən camaatı" və onlara aid vəqf, məktəb və kurslar ideoloji iş apararaq gəncləri ətraflarında birləşdirir, sonra dövlət qurumlarında işə düzəldərək hökumətin bütün qərarlarına, idarəçilik mexanizmlərinə müdaxilə edirlər.

Eyni zamanda, Fətullah Gülən təşkilatın ideologiyasını hər şeydən üstün tutaraq Türkiyənin daxili və xarici siyasi kursunu dəyişib, dünya müsəlmanlarını idarə etməyi hədəfləyən ruhani lider kimi özünü təsdiqləmək istəyir.

Hesabatda həmçinin təşkilatın quruluşu, istifadə edildiyi iddia edilən taktika və üsullar da göstərilir.

"Gülən camaatı"nın strukturu ilə bağlı qeyd olunur ki, burada təşkilatın lideri Fətullah Güləndir.

1. Ən üstə “xidmət”in ali təbəqəsidir. Bu, Gülənin aşağı təbəqələrlə əlaqəsini təmin edir. Eyni zamanda təşkilata qəbul edilmə və ya azad edilmə bu təbəqənin işinə aiddir. Birbaşa Gülənə tabedirlər. Üst səviyyədə bütün fəaliyyət gizlidir. Bu təbəqədə olanlar bir –birini tanımırlar. Birbaşa Gülənə tabedirlər. Dövlət strukturlarındakı işin təşkil olunmasını hazırlayır.
3. Təşkilata sədaqət və itaət göstərənlər nəzarət təftiş komissiyasına cəlb olunur. Onlara "Müfəttişlər qrupu" deyilir.
4. Ev böyükləri. Bu təbəqə bölgə və şəhərlərə nəzarət edir. Bu təbəqə ideoloji işləri həyata keçirir.
5. Məktəb, qəzet, bank və s. qurumlar. Bunlar dövlət qurumlarına nüfuz etməyi bacaran ən sadiq təbəqədir.
6. Xalq bazası. Bu, "Gülən camaatı"na inanan insanların təbəqəsidir. Yuxarılar onlara hər cür dəstək göstərib, yardım edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm