Son addım qalır: Ermənistanın ləğv edilməsi
Bizi izləyin

Dünya

Son addım qalır: Ermənistanın ləğv edilməsi

“Publisist Zarui Ovannisyan danışır ki, cəmi 25 il əvvəl iki erməni dövlətinin müstəqilliyini elan etməyə cəsarətimiz çatdı. Hələ 5 əsr əvvəl itirilmiş dövlət quruluşu haqqında ağlamaq üçün bu gün hər iki dövləti itirməyə hazırıq"

Dünən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan ölkənin Gömrük Şurasına üzvlüyü ilə bağlı açıqlama verdi. Nazir müavini bil il sonra Gömrük Şurasının olmayacağını və Ermənistanın bu ilin may ayında yaradılacaq Avrasiya İttifaqının həmtəsisçisi olmağa çalışdığını bildirdi. Eyni açıqlamanı Çexiyada səfərdə olan prezident Serj Sarkisyan da verib.

Ermənistanın “Lragir” qəzeti bu “inteqrasiya”nı artıq Ermənistanın sadə vətəndaşları da hiss etdiyini bildirir. Qəzet Ermənistan hakimiyyətinin İran və Qərbin təklif etdiyi əlverişli layihələrdən imtina etməsi nəticəsində vətəndaşların təbii qaz və elektrik enerjisi üçün daha çox ödəməli olacağını bildirir. Təsadüfi deyil ki, bir müddət əvvəl İranın Ermənistandakı səfiri ölkəsinin Rusiyadan daha ucuz qaz sata biləcəklərini söyləmişdi. Erməni ekspertlər hesab edir ki, İrəvanın “ArmRosqazprom” qazpaylayıcı şirkətindəki sonuncu 20 faiz payını da Rusiyayasatmasında məqsəd əslində İranq azını Ermənistana buraxmamaq məqsədi ilə edilib.

Dünən Ermənistan iqtisadiyyat nazirinin müavini Heregin Melkonyan bildirdi ki, Gömrük Şurasında malların təxminən 60 faizində gömrük rüsumları Ermənistandan yüksəkdir. “ Bu isə deməkdir ki, biz çox tezliklə əksər mallara görə, daha çox ödəməli olacağıq”, - “Lragir” qeyd edir.

Nazir müavini həmçinin qeyd edib ki, Ermənistan Gömrük Şurasına üzv olduqdan sonra Avropa İttifaqı ilə danışıqları İrəvan adından məhz qurum rəhbərliyi aparacaq.

“Lragir”in yazdıqlarına gprə, S.Sarkisyan Praqada Avrasiya İttifaqına üzvlüyün “erməni xalqının maraqlarına” necə cavab verdiyini izah etməyib:

“İqtisadi faydalılığa gəlincə, bunun əlverişsiz olması açıq-aydındır. Təhlükəsizliyə gəlincə, Serj Sarkisyan açıq şəkildə ifadə etdi ki, Rusiyanın Azərbaycanı silahlandırmasını qadağan etməyə imkanları və hüquqları yoxdur. Yəni, təhlükəsizlik baxımından da Avrasiya İttifaqına giriş mənasız, bundan başqa təhlükəlidir. Siyasi elita ölkəni və vətəndaşlarını uçuruma, həmçinin dövlət müstəqilliyinin itirilməsinə doğru aparır. Normal ölkə rəhbərliyi vəziyyətin qiymətləndirilməsi üçün taym-aut götürərdi. Avropa İttifaqı post-sovet ölkələrini seçim etməyə çağırır: Ya siz müstəqil dövlət olaraq qalırsınız və bizimlə birbaşa danışıqları aparırsınız, ya da siz özünüzü Rusiyanın bir hissəsihesab edirsiniz və danışqıları sizin adından bizimlə Kreml aparır. İndi erməni rəhbərliyinin atacağı son addım qalır: Konstitusiyanı dəyişdirmək və əsas dövlət funksiyalarını fövqəlmilli orqana ötürülməsinə icazə vermək”.

“Publisist Zarui Ovannisyan danışır ki, cəmi 25 il əvvəl iki erməni dövlətinin müstəqilliyini elan etməyə cəsarətimiz çatdı. Hələ 5 əsr əvvəl itirilmiş dövlət quruluşu haqqında ağlamaq üçün bu gün hər iki dövləti itirməyə hazırıq”, - “Lragir” qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm