İsrail üçün döyüşənlər mühakimə ediləcək – Dünyada ilk
Bizi izləyin

Dünya

İsrail üçün döyüşənlər mühakimə ediləcək – Dünyada ilk

Dünyada ilk dəfə İsrail üçün döyüşən şəxslər məhkəməyə verilib.

Publika.az xəbər verir ki, Cənubi Afrika Respublikası İsrail ordusuna qatılan vətəndaşlarına cinayət işi açıldığını elan edib.

“Haaretz” İsrail qəzetinin xəbərinə görə, keçən həftə Fələstinə Dəstək Qrupu Cənubi Afrikanın paytaxtı Keyptaunda yəhudilərin tərəfində döyüşməyə gedən Dean Goodson adlı şəxsi məhkəməyə verdiyini açıqlayıb.

Qrup həmçinin eyni cinayətlə bağlı başqa dörd nəfəri də məhkəməyə verib. Təqsirkar bilinsələr, onların həbs olunma ehtimalları var.

Cənubi Afrikadakı bu qanun həmçinin Müdafiə Nazirliyinin icazəsi olmadan Əfqanıstan və Qərbi Afrika ölkələrində döyüşən şəxslərə də şamil edilir.

Xatırladaq ki, bundan öncə Cənubi Afrika Respublikasının prezidenti Yakob Zuma İsraili Qəzzaya hücumlarından dolayı qınamışdı.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm