Türklərdən Ərdoğana gözlənilməz jest
Bizi izləyin

Dünya

Türklərdən Ərdoğana gözlənilməz jest

Türkiyədə inşa ediləcək 3-cü hava limanı prezident Rəcəb Tayyib Ərdoğanın adını daşıyacaq.

Publika.az xəbər verir ki, bu barədə nəqliyyat naziri Lütfi Elvan açıqlamasında bildirib:

“12 ildən bəri Ərdoğan bu ölkənin inkişafında çox böyük nailiyyətlərə imza atıb. Millət də bunun qarşılığını verməlidir. Nə etsək yenə də azdır. 3-cü hava limanı 12-ci prezident olan Rəcəb Tayyib Ərdoğanın adını daşıyacaq", - deyə nazir jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, mayın 20-də Türkiyənin İstanbul şəhərində üçüncü hava limanının tikintisi ilə bağlı saziş imzalanıb. Saziş Nəqliyyat Nazirliyi ilə tenderdə qalib gələn "Limak-Kolin-Cengiz-MaPa-Kalyon" konsorsiumu arasında imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm