Fransa da kürdlərə silah yardımı edəcək
Bizi izləyin

Dünya

Fransa da kürdlərə silah yardımı edəcək

İŞİD-ə qarşı döyüşmək üçün Fransa hökuməti kürdlərə silah yardımı edəcək.

Publika.az xəbər verir ki, “France24”ün xəbərinə görə, Fransa İraq kürdlərinə yaxın saatlarda silah yardımı edəcəyini açıqlayıb.

Xatırladaq ki, İraq Kürd Regional Rəhbərliyinə (İKRR) bağlı peşmərgə qüvvələri Mosul və ətrafında radikal islamçı terror təşkilatı İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı döyüşür. Həmçinin bundan öncə ABŞ və İngiltərə İKRR-nə silah yardımı edəcəyini açıqlamışdı.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm