Universitet binası çökdü, xəsarət alan var
Bizi izləyin

Dünya

Universitet binası çökdü, xəsarət alan var

Diyarbəkirdə Dəclə Universitetində bədbəxt hadisə baş verib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, universitetin Şagird Mərkəzindəki bina söküntü zamanı dağılıb.

Orada çalışan işçilərdən 4-ü beton tökən zaman dağıntının altında qalıb. Hadisə yerinə xeyli təcili yardım cəlb edilib.

Yaralılar Diyarbəkir Təhsil və Araşdırma Xəstəxanasına və digər xəstəxanalara yerləşdirilib.

Binada çöküntünün hansı səbəbdən baş verdiyi araşdırılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm