Türkiyədə suriyalılara qarşı etirazlar başlayıb
Bizi izləyin

Dünya

Türkiyədə suriyalılara qarşı etirazlar başlayıb

Türkiyənin Qaziantəp şəhərində suriyalı qaçqınlara qarşı etiraz aksiyaları son günlər genişlənib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, şəhərin etiraz aksiyalarının baş verdiyi səmtlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Etiraz aksiyalarının əsas səbəbinin suriyalı qaçqınların gəlişi ilə evlərin kirayə qiymətlərinin və işsizliyin artması göstərilir. Şəhərdə rəsmi rəqəmlərə görə təxminən 200 min, qeyri-rəsmi olaraq isə 300 minə yaxın suriyalı yaşayır. Suriyalıların gəlişindən sonra evlərin kirayə qiymətləri 2- 3 dəfə artıb.

Gündüz başlayan etirazlar gecə Ünaldı və ətrafındakı digər məhəllələrə yayılıb. Əllərində bıçaq və dəyənəklər olan etiraz iştirakçıları “suriyalıları istəmirik” şüarları səsləndirib. Hadisələr nəticəsində suriyalılardan 4-ü bıçaqlanıb, 9-u isə döyülüb. Etirazların təşkilatçısı hesab olunan 17 nəfər saxlanılıb.

Qaziəntəp Böyükşəhər Bələdiyyəsinin başçısı Fatma Şahin “sakit olun” çağırışı edib. O, Qaziantəpdə olan suriyalıların bir hissəsinin İslahıyada inşasına başlanılan 25 min nəfərlik düşərgəyə göndəriləcəyini, ehtiyac olacağı halda eyni ərazidə ikinci bir düşərgənin inşa olunacağını qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm