Liberman: “HƏMAS-ın beyin mərkəzinin meyitini görəcəklər”
Bizi izləyin

Dünya

Liberman: “HƏMAS-ın beyin mərkəzinin meyitini görəcəklər”

Liberman İsrailin atəşkəs təklifləri qəbul edilmədiyi təqdirdə HƏMAS-ın hərbi qolunun bütün liderlərinin öldürüləcəyini deyib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, İsrail hökuməti Qəzzada öldürülən əsgərlərini meyiti geri verilmədikcə atəşkəs elan etməyəcəyini bildirib.

İsrail xarici işlər naziri Aviqdor Liberman verdiyi açıqlamada deyib: “İsrail ordusu Qəzzada hərbi əməliyyatlar keçirdiyi zaman Oron Şaul və Hadar Qoldin adlı iki əsgərini itirib. İsrailə iki əsgərin cəsədləri təhvil verilməzsə, heç bir razılaşma əldə edilə bilməz”.

Liberman qeyd edib: “Qarşı tərəfdəki terrorçu qruplaşmaların anlama və qavrama kimi qabiliyyətləri yoxdursa, Məhəmməd Əd-Dayfın (İzəddin Əl-kassam Tuqaylarının komandanı – red.), İsmayıl Heniyyənin (Həmas Siyasi Büro müdirinin müavini – red.) və HƏMAS-ın bütün beyin mərkəzinin meyitini görəcəklər”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm