Ukrayna Rusiyadan SSRİ əmlakını geri almaq istəyir
Bizi izləyin

Dünya

Ukrayna Rusiyadan SSRİ əmlakını geri almaq istəyir

Ukrayna Rusiyadan keçmiş SSRİ-nin əmlakının bir hissəsini almaq qərarına gəlib.

Ukraynanın nazirlər kabineti xarici borcun hüquqi ardıcıllığı məsələsinin və keçmiş SSRİ-nin aktivlərinin həllində Ukrayna dövlətinin maraqlarının müdafiəsinin mümkün yollarının öyrənilməsinə görə idarələrarası qrup yaradıb.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, bu haqda Nazirlər Kabinetinin rəsmisi Ostap Semerak jurnalistlərə bildirib.

"Müstəqilliyin bütün illəri ərzində İlk dəfə hökumət SSRİ-nin ardıcıllıq məsələlərinin həllinə yaxınlaşdı. Biz bu məsələdə Ukraynanın maraqlarının müdafiəsi üzrə komissiyanın yaradılması haqqında qərar qəbul etdik. Ukraynaya aid ola bilən hər şeyin inventarizasiyası keçiriləcək. Biz bu məsələdə sonuna kimi gedəcəyik və Ukraynaya aid olan və indiyə qədər qaytarılmayan bütün aktivləri götürəcəyik” - deyə, Semerak rəsmi Kiyevin bu məsələdə israrlı olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm