Neftə tələbat artır
Bizi izləyin

Dünya

Neftə tələbat artır

Dünyada neftə tələbat sürətlə artmaqda davam edir.

ANS PRESS-in məlumatına görə, Beynəlxalq Enerji Agentliyi (IEA) iyul ayında qlobal neft tələbatının 230 min barel artaraq gündə 93 milyon barel səviyyəsinə yüksəldiyini açıqlayıb.

Agentliyin nəşr etdiyi neft bazarı hesabatına görə, ötən ilin iyul ayı ilə müqayisədə gündəlik tələbatda 840 min barel artım qeydə alınıb.

Hesabatda buna OPEC üzvü olmayan ölkələrdə neft istehsalının artmasının səbəb olduğu bildirilir.

Qeyd edilir ki, bu il qlobal neftə gündəlik tələbat 92,7 milyon barelə, artım isə orta hesabla 1 milyon barelə çatacaq.

Proqnozlara əsasən, 2015-ci ildə bu göstərici 1,3 milyon barelə yüksələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm