Terrorçulara ağır zərbə: Strelkov ağır yaralanıb
Bizi izləyin

Dünya

Terrorçulara ağır zərbə: Strelkov ağır yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti, Ukraynada diversiya əməliyyatlarına rəhbərlik edən qondarma “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” İqor Strelkov ağır yaralanıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə terrorçuların saytı olan “Novorossiya” agentliyi bildirib.

Onun hazırda harada olduğu və vəziyyətinin necə olması barədə əlavə məlumat verilmir. Qeyd edək ki, İ.Strelkov özünü “Donetsk Xalq Respublikası”nın “Ali Baş Komandanı” elan edib. Onun ilk “qərarı” isə Rusiyadan hərbi yardım barədə müraciəti olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm