Putin Krımın müdafiəsinə gəldi (Video)
Bizi izləyin

Dünya

Putin Krımın müdafiəsinə gəldi (Video)

Rusiya prezidenti Vladimir Putin bu ilin mart ayında keçirilən referendumdan sonra Ukraynadan qopardılan Sevastopol şəhərinə gəlib.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Putin burada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirəcək.

Müşavirənin Rusiya Federasiyası Qara dəniz donanmasının qərargahında keçiriləcəyi bildirilir. Putinin müşavirədə Krımın müdafiəsi ilə bağlı Qərbə önəmli mesajlar verəcəyi gözlənilir.

Rusiya prezidentinin Krıma yarımadasına işgüzar səfəri sabah başa çatacaq. Ukrayna xarici işlər nazirinin müavini Danil Lubkivski Rusiya rəhbərliyinin Krıma səfərinin qəbuledilməz olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm